Eyni yerdə 60 il əvvəl də təyyarə qəzaya uğrayıb
Bizi izləyin

Dünya

Eyni yerdə 60 il əvvəl də təyyarə qəzaya uğrayıb

«Airbus A320» sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə 60 il əvvəl daha bir təyyarə yerə çırpılıb.

Fransa mətbuatının məlumatına görə, 1953-cü ilin sentyabrın 1-də “Air France” aviasiya şirkətində məxsus “Lockheed Constellation” tipli təyyarə Parisdən Sayqona istiqamət götürüb, lakin Barselona-Düsseldorf marşrutu üzrə hərəkət edən «Airbus A320» tipli təyyarənin bu gün qəzaya uğradığı yerdən bir neçə kilometr aralıda yerə çırpılıb. Qəza nəticəsində 40 nəfər həlak olub.

Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi bu gün günorta saatlarında Alp dağlarının ucqar hissəsində qəzaya çırpılıb.

Qəza nəticəsində, 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm