Dünya
ABŞ İsraili causluqda ittiham etdi
İsrail ABŞ və müttəfiqlərinin İranla nüvə razılığı barədə bağlı qapılar arxasında apardığı məxfi müzakirələrin təfərrüatlarının ələ keçirilməsi üçün casusluğa əl atıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat “Wall Street Journal”da dərc edilib. Qəzet yazır ki, Ağ Ev rəsmiləri ötən il İsrailin məxfi məlumatların ələ keçirilməsi üçün dinləmə qurğularından istifadə etdiyini bildirib.
Diplomatlar və ekspertlərin dediyinə görə, razılıq İranın nüvə proqramının dinc mahiyyət daşıdığının təminat altına alınması üçün əldə edilməlidir. Tərəflər xaricdən heç bir təsirə yol verilməməsi üçün müzakirələrin məxfi saxlanması barədə razılıq əldə edib.
Lakin buna baxmayaraq İsrail rəsmiləri dəfələrlə razılığın İranı nüvə silahı istehsal etmək cəhdindən yayındırmayacağını bildirib.
ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerri də daxil edilməklə, Amerika rəsmiləri müzakirələrin nəticəsinin qərəsiz olması üçün danışıqların məxfi saxlanmasının vacibliyini önə çəkir.
İsrail-ABŞ münasibətləri ötən ay İsralin baş naziri Benyamin Netanyahunun Nümayəndələr Palatasının spikeri Con Beynerin dəvəti ilə Konqres qarşısında çıxış etməsi ilə gərginləşib. Belə ki, dəvət Ağ Evin protokoluna zidd olub.
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"