Dünya
Hitlerin gizli sığınacaqları tapıldı
Argentinalı arxeoloqlar ölkənin cəngəlliklərində uzun illər yağış və güclü küləklərin təsirindən dağıntılara məruz qalmış üç gizli yer aşkar ediblər.
Alimlər bu yerlərin İkinci Dünya müharibəsi zamanı almanlar
tərəfindən inşa olunduğunu zənn edirlər. Onların bu qənaətə
gəlmələrinə burada almanların 1938-ci ildən 1944-cü ilə qədər
istifadə etdikləri pulların, çılçıraqların və çoxlu sayda alman
dilində yazıların tapılması səbəb olub.
Arxeoloji qrupun rəhbəri bildirib ki, müharibədə məğlubiyyətin
qaçılmaz olduğunu başa düşmüş yüksək çinli almanlar gizlənmək üçün
insan ayağı dəyməyən cəngəlliklərdə, dağlıq və təpəlik yerlərdə bu
cür gizli yerlər tikiblər. Gizli yer Paraqvay sərhəddi yaxınlığında
inşa olunub. Bununla, faşist cəlladları hər hansı hadisə baş
verdiyi təqdirdə qonşu ölkəyə asanlıqla keçməyi nəzərdə
tutublar.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var