9 ay su altında qalıb yazda peyda olan ada - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

9 ay su altında qalıb yazda peyda olan ada - - FOTOLAR

Hər il yazın gəlişi ilə əlaqədar minlərlə çinli turist Qorqes su anbarına axışır.

Hər il yazın gəlişi ilə əlaqədar minlərlə çinli turist Qorqes su anbarına axışır. İş ondadır ki, hər ilin yaz aylarında Mudosi çayında tısbağaya bənzər ada peyda olur.

Publika. az xarici mətbuata istinadən xəbər verir ki, yerli sakinlər bu hadisəyə “yaz tısbağasının sudan çıxması” adını verib. Hətta, sakinlər adanın suyun üzərinə çıxmasını da qeyd edir. Çünki inanclara əsasən tısbağa yaxşı əlamət hesab edilir.

Mudosi çayı üç damba ilə tənzimlənir. Yazda çayın suyu əkin sahələrinə paylandığı üçün suyun səviyyəsi aşağı düşür. Nəticədə, tısbağa ada suyun altından çıxır.

Ada suyun bolluğu ucbatından 9 ay müddətində çayın altında qalır. Suyun səviyyəsi 163 - 168 metr olanda ada görünür. Suyun səviyyəsi 145 metr aşağı düşdükdə isə ada quru sahəyə birləşir və ada olmaq “hüququnu” itirir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm