ABŞ Rumıniya və Bolqarıstanda hərbi təlimlərə başladı
Bizi izləyin

Dünya

ABŞ Rumıniya və Bolqarıstanda hərbi təlimlərə başladı

ABŞ Rumıniya və Bolqarıstan ərazisində hərbi təlimlərə başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidməti bildirib.

Hərbi təlimlər “Atlantika qətiyyəti” (Atlantic Resolve) adını daşıyır. Dünən ABŞ- ın 173- cü hava- desant briqadasının hərbi qulluqçuları rumınıyalı müttəfiqləri ilə birgə uyğunlaşdırılmış manevrlərin keçirilməsi üçün bu ölkənin Smardan tədris poliqonuna gəlib.

Eyni zamanda mobil kəşfiyyat alayının hərbçiləri Mixail Koqelniçanu təyyarə bazasında yerüstü hücumun təqlidini həyata keçirirlər. Ağır texnika ilə gücləndirilmiş 200 amerikalı desantçı və rumın ordusunun quru hissələrindən ibarət bölmə hədəfin tutulması üçün əməliyyat keçirirəcəklər.

Bundan əvvəl isə 3 - 4 mart tarixlərində Qara dənizin qərb hissəsində NATO- nun dəniz təlimləri keçirilib.

NATO 2015- ci ilin yanvar ayında Şərqi Avropanın 6 ölkəsində operativ reaksiya güclərinin artırılması haqqında planı təsdiq edib. Söhbət Estoniya, Latviya, Litva, Rumıniya, Polşa və Bolqarıstandan gedir. Sözügeden güclərinin sayının 13 mindən 30 minə qədər artırılması gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm