Əfqanıstanda İŞİD üçün silahlıları belə toplayırlar - VİDEO
Bizi izləyin

Dünya

Əfqanıstanda İŞİD üçün silahlıları belə toplayırlar - VİDEO

Uzun illərdir ki, müharibədən yaxasını qurtara bilməyən Əfqanıstan üçün İraq, Suriya və Liviyadan yaxşı tanıdığımız daha bir təhlükə var. Bu İŞİD terror təşkilatıdır.

Publika.az xəbər verir ki, CNN International Əfqanıstanda İŞİD - ə silahlıların toplanılmasını əks etdirən görüntüləri qeydə alıb.

Görüntülərə görə, daha əvvəllər Suriyada İŞİD sıralarında döyüşən bir şəxs bu ölkədəki müharibədən danışır.

Baş verənlər onu göstərir ki, Taliban hazırda Əfqanıstan üçün yeganə təhlükə deyil. ABŞ isə ölkədən çıxmağa hazırlaşır. BMT rəsmi Kabili İŞİD - in Əfqanıstan üçün yeni bir təhlükə olacağı barədə xəbərdar edib. CNN Internationalın bir toplantıdan qeydə aldığı görüntülər də bu təhlükədən xəbər verir. Toplantıda danışan şəxs Əfqanıstanda İŞİD üçün silahlı toplayan 5 nəfərdən biridir.

Danışan şəxs “İŞİD üçün döyüşün, ayda 500 dollar qazanın” deyir. Bu rəqəm Əfqanıstanda bir çoxları üçün cəzbedici rəqəmdir. Toplantıda iştirak edənlərdən biri ali təhsil almaq istədiyini, amma pula ehtiyac olduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm