• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ ordusunun Əfqanıstandan çıxarılması təxirə salındı

  • Dünya
  • 25 Mart 2015 14:07
  • 307 Baxış
ABŞ ordusunun Əfqanıstandan çıxarılması təxirə salındı

ABŞ Əfqanıstan siyasətində dəyişiklik edib. Publika.az xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstandakı hərbçilərini 2015-ci ilin sonuna kimi çıxarmağı planlaşdıran ABŞ prezidenti Barak Obama əfqan həmkarı Əşrəf Qəni ilə görüşdükdən sonra bu tarixin daha bir il uzadılacağını açıqlayıb.

Ağ Evdə Əfqanıstan prezidenti ilə görüşən Obama 9800 ABŞ əsgərinin 2016 - ci ilə qədər Əfqanıstanda qalacağını bildirib. ABŞ prezidenti Əfqanıstanın hələ də təhlükəli bir yer olduğunu, terrorçuların hücumlarını davam etdirdiyini, intihar hücumlarının mülki insanları hədəf aldığını vurğulayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR