Ukraynaya ABŞ-ın ilk zirehli hərbi maşınları gətirildi
Bizi izləyin

Dünya

Ukraynaya ABŞ-ın ilk zirehli hərbi maşınları gətirildi

Bu gün Ukraynaya ilk dəfə olaraq ABŞ-ın “HMMWV” zirehli hərbi avtomobilləri gətirilib. Musavat.com-un Ukrayna qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə prezident Pyotr Poroşenkonun müşaviri Yuri Biryukov özünün facebook səhifəsində yazıb. “İlk zirehli “HMMWV”–i alqışlayırıq".

Az öncə Ukrayna prezidentinin mətbuat xidməti bəyan eləmişdi ki, ABŞ ölkəyə təhlükəsizliklə bağlı əlavə, qeyri-ölümcül vasitələrdən ibarət kömək göstərəcək. Söhbət pilotsuz təyyarələr və rabitə sistemlərindən, habelə minaatan və artilleriya mövqelərini müəyyən edilməsi üçün radarlardan, gecə müşahidə cihazlarından və digər vasitələrdən, həmçinin, 230 hərbi avtomobildən gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm