Berluskoni ikinci dəfə boşandı
Bizi izləyin

Dünya

Berluskoni ikinci dəfə boşandı

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ikinci həyat yoldaşı, aktrisa Veronika Lariodan rəsmən ayrılıb

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ikinci həyat yoldaşı, aktrisa Veronika Lariodan rəsmən ayrılıb.

Boşanma prosesi Larionun yaşadığı Moçtsa şəhərində baş tutub. 1990-cı ildə qurulmuş ailə rəsmən dağılıb. Bu barədə hər iki tərəfin vəkillərinə məlumat verilib.

Qeyd edək ki, Milan şəhər Məhkəməsi Berluskoninin üç uşaq anası olan keçmiş həyat yoldaşına ayda 3 milyon avro aliment verməsi barədə qərar vermişdi. İtaliya qanunvericiliyinə əsasən, ayrılan qadın evlilikdə olduğu kimi həyat şərtləri ilə təmin olunmalıdır. Bu qərara etiraz edən Berluskoni hakimləri "feminist" və "kommunist" adlandırmışdı. /Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm