SERB hərəkatı Nemtsovu təhqir etdi
Bizi izləyin

Dünya

SERB hərəkatı Nemtsovu təhqir etdi

Rusiyada müxalif siyasətçi Boris Nemtsovun qətlə yetirildiyi yerdə, Kreml divarlarının yanında qurulmuş müvəqqəti xatirə guşəsi SERB hərəkatı fəalları tərəfindən dağıdılıb.

Publika.az xəbər verir ki, bu barədə memorialın təhqir edilməsi halı bir neçə müxalifətçi və Nemtsovun həmkarı və dostu İlya Yaşin tərəfindən bəyan edilib.

Xatirəyə hörmətsizlik hadisəsinin məsuliyytini rus azadlıq hərəkatı - SERB adlandırılan qurumun üzvləri öz üzərilərinə götürüblər.

Onlardan biri özünün "VKontakte" sosial şəbəkəsindəki səhifəsində aksiya ilə bağlı fotoreportaj yerləşdirib.

Fəallar Nemtsovun şəkillərinin çərçivələrini qırıb, "Nemtsov körpüsü" yazılmış lövhəni rəngləyib və sındırıblar. Eyni zamanda qətlə yetirilmiş siyasətçinin ünvanına təhqirlərin olduğu plakatlar yerləşdiriblər.

"Antimaydan" hərəkatına daxil olan SERB fəalı Qoşa Taraseviçin sözlərinə görə, təşkilatın üzvlərini Böyük Moskva çayı körpüsünə Boris Nemtsovun adının verilməsi təklifi qəzəbləndirib.

Qeyd edək ki, Nemtsov fevralın 27-də gecə saatlarında Moskvanın mərkəzindəki körpüdə qətlə yetirilib. Müxalifətçinin işi ilə bağlı beş nəfər həbs edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm