ABŞ “Qafqaz Əmirliyi”nin liderini “qara siyahı”ya saldı
Bizi izləyin

Dünya

ABŞ “Qafqaz Əmirliyi”nin liderini “qara siyahı”ya saldı

ABŞ-ın Maliyyə Nazirliyi Doku Umarovun varisi Əliaşkab Kebekova qarşı sanksiyalar tətbiq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin saytında bildirilir.

Dağıstan Muxtar Respublikasının sakini Əliaşkab Kebekov “terrorizmlə mübarizə” başlığı altında siyahıya salınıb. O, 2014-cü ilin martında Doku Umarovun varisi olub və “Qafqaz Əmirliyi” qruplaşmasına başçılıq edir.

“Qafqaz Əmirliyi” 2007-ci ildə yaradılıb. Onun keçmiş lideri Doku Umarov 2011-ci ildə “Domodedovo” aeroportunda və 2010-cu ildə Moskva metrosunda partlayışlarda ittiham olunur. Təşkilat Rusiya tərəfindən dini ekstremizm ideyaların təbliğində günahlandırılır. Rusiya Federasiyasının Ali məhkəməsi 2010-cu ilin fevral ayında “Qafqaz Əmirliyi”ni terror təşkilatı kimi tanıyıb və onun Rusiya ərazisində fəaliyyətini qadağan edib.

Qeyd edək ki, Əliaşkab Kebekov (Ali Abu Muhammad kimi tanınır – Ö.D.) ötən ilin dekabr ayında İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadiyə biət edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm