İran Yəmənə hava hucumunu pislədi: “Dərhal dayandırılsın” – AÇIQLAMA
Bizi izləyin

Dünya

İran Yəmənə hava hucumunu pislədi: “Dərhal dayandırılsın” – AÇIQLAMA

İran İslam Respublikası son günlər Səudiyyə Ərəbistanı - Yəmən münasibətlərində yaranmış qarşıdurma ilə bağlı hücuma məruz qalmış dövlətin müdafiəsinə qalxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün yolverilməz olduğunu deyərək, hücumu "beynəlxalq hüquqa və milli suverenlik hüquqlarına zidd, təhlükəli həmlə" adlandırıb və hücumların dərhal dayandırılmasını istəyib.

İran XİN-in sözçüsü Mərziyyə Əfxəm isə bildirib ki, Yəmənə hərbi müdaxilə vəziyyəti daha da mürəkkəbləşdirəcək, böhranı bölgəyə yayacaq və bu ölkədəki daxili ixtilafların sülh yolu ilə həll edilməsi imkanını aradan aparacaq.

Qeyd edək ki, bundan əvvəl İran parlamentinin üzvləri də Səudiyyə Ərəbistanının Yəməndə yandırdığı müharibə atəşinin bütün regiona yayılacağı xəbərdarlığını səsləndiriblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi əməliyyatlara başlamasına səbəb Yəmənin istefa vermiş eks- prezidenti Hadinin çağırışıdır. Bir neçə ölkənin iştirak etdiyi əməliyyatda husilərin nəzarətindəki paytaxt Səna havadan bombalanıb. İlkin məlumatlar görə, bombardman nəticəsində 44 dinc sakin həlak olub. Ölənlərin əksəriyyəti uşaqlardır.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm