• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Poroşenko tapança ilə gəzir - FOTO

  • Dünya
  • 26 Mart 2015 17:11
  • 815 Baxış
Poroşenko tapança ilə gəzir - FOTO

Artıq uzun müddətdir hərbi əməliyyatların aparıldığı Ukraynanın dövlət başçısı Pyotr Poroşenko bir neçə gündür özü ilə silah gəzdirməyə qərar verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın prezidenti bu günlərdə hərbçilər qarşısına çıxarkən onun sağ ayağındakı tapança diqqəti cəlb edib. Xarici media bunu ölkə başçısının daxili və xarici düşmənlərdən ehtiyatlanması ilə əsaslandırıb.

Pyotr Poroşenkonun açıq şəkildə silah gəzdirməsi faktı ilk dəfə – martın 26-da diqqəti cəlb edib. Borispol aeroportunda hərbçilərlə görüşən dövlət rəhbəri onların qarşısına həm hərbi geyim, həm də yaxın məsafəni hədəfə alan silahla çıxıb.

Qeyd edək ki, dünyanın bəzi ölkələrinin dövlət başçıları silah gəzdirirlər. Lakin bununla bağlı məlumatlar olduqca məxfi saxlanılır.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR