Donbasda avtobus minaya düşdü: 4 ölü, 19 yaralı
Bizi izləyin

Dünya

Donbasda avtobus minaya düşdü: 4 ölü, 19 yaralı

Ukraynanın şərqində Horlivka yaxınlığında sərnişin avtobusunun minaya düşərək partlaması nəticəsində ən azı dörd nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu barədə Donetsk vilayəti DİN Baş İdarəsinin mətbuat xidmətindən məlumat veriblər. Artemivsk şəhər milis şöbəsinin rəisi Dmitri Kojuxovskinin sözlərinə görə, həlak olanların hamısı qadındır. Zərər çəkənlərin 13 nəfəri xəstəxanaya çatdırılıb.

Xəbər verildiyi kimi, Aremivskdən Horlivkaya hərəkət edən avtobusda 26 sərnişin olub.

Sürücü Mayorsk yaxınlığında torpaq yolla blokpostdan yan keçməyə çalışıb.

Hadisə yerində Artemivsk şəhər milis şöbəsinin operativ istintaq qrupu işləyir.

Hakimiyyət qoşunları ilə tanınmamış DNR və LNR silahlı tərəfdarları arasında bir neçə ay davam edən şiddətli döyüşlərdən sonra bölgənin hər yanında minalar qalmaqdadır.

BMT məlumatına görə, 2014-cü ildə aprel ayında başlanan münaqişə nəticəsində 6 mindən çox adam həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm