Qəzaya uğrayan təyyarədə toqquşmadan öncə yaşananlar - STENOQRAM
Bizi izləyin

Dünya

Qəzaya uğrayan təyyarədə toqquşmadan öncə yaşananlar - STENOQRAM

Fransada Alp dağlarında qəzaya uğrayan “Airbus 320” tipli sərnişin təyyarəsinin qara qutusunda qeydə alınan bəzi məqamlar açıqlanıb.

Publika.az xəbər verir ki, xarici mediada qara qutuda qeydə alınanlara istinadən təyyarə qəzaya uğramamışdan öncə baş verənlər haqda informasiya yayılıb.

Saniyəsinə qədər qeydə alınan həmin məqamlar bunlardır:

“Kapitan pilot köməkçi pilotdan sükanı almasını xahiş etdi”.

“Bu arada kreslonun geriyə çəkildiyi səsi gəlir və qapı açılır”.

“Köməkçi pilot sükanı alır və kabinədə tək qalır”.

“Bir az keçmiş kiminsə kabinəyə girməyə çalışdığı səsləri gəlir”.

“Lakin köməkçi pilotdan heç bir səs çıxmır. Qapı möhkəm şəkildə döyülür”.

“Kabinədə qalan pilotun ağır-ağır nəfəs aldığı eşidilir”.

“Bu onun həyatda olduğunu göstərir. Toqquşma olana qədər onun nəfəsi eşidilir”.

“Sərnişinlər son ana qədər heç nə hiss etmirlər”.

“Toqquşmaya az qalmış salonda qışqırıq səsləri eşidilir”.

Qeyd edək ki, Barselonadan Düsseldorf şəhərinə uçan təyyarədə 144 sərnişin və altı ekipaj üzvü olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm