Rusiya ermənilərə qadağa qoydu
Bizi izləyin

Dünya

Rusiya ermənilərə qadağa qoydu

Ermənistan vətəndaşları Rusiyanın hava limanlarındakı "duty free" (azad ticarət zonalarının şərtləri ilə işləyən, rüsumsuz malların satış müəssisələri) mağazalarının xidmətindən istifadə etmək hüququndan məhrum olunublar.

Report xəbər verir ki, bu barədə Ermənistanda çıxan "Joxovurd" qəzeti məlumat yayıb.

Xəbərdə bildirilib ki, Rusiyanın istənilən bölgəsinə, yaxud tranzit olaraq başqa ölkəyə RF ərazisindən uçan Ermənistan vətəndaşları "duty free"dən yararlana bilməz.

Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşulandan sonra bu yasağa məruz qalıb.

"Əgər sərnişin İrəvana uçsa belə, o bu mağaların xidmətindən istifadə edə bilməz. Qeyd edək ki, Rusiya vətəndaşları da bu hüquqdan məhrumdur. Başqa sözlə, bu qadağanın tətbiqi ilə Ermənistan müstəqil dövlətin deyil, Rusiyanın ərazisi hesab olunur. Yəni hüquqi baxımdan İrəvandan Moskvaya uçmaq, Ufadan Omska uçmağa bərabərdir", - qəzet vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm