
"Məlumatlarınızı ABŞ rəhbərliyinin görməsini
istəmirsinizsə Facebook hesabınızı bağlayın".
Bunu Avropa Komissiyası nümayəndəsi Bernhard Şima deyib. O
bildirib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi insanların şəxsi
məlumatlarını əldə edə bilir.
Məlumatın gizli saxlanılması ilə bağlı narahatlıqlara şərh verən
Avropa Komissiyası nümayəndəsi sözlərinə belə davam edib:
"Ən kiçik bir narahatlığınız varsa Facebook hesabınızı bağlamağı
düşünə bilərsiniz", - deyə Bernhard Şima söyləyib.
Qeyd edək ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) 2010-ci ildən bu yana cib telefonlarını dinlədiyi, həmçinin SMS-lərin NSA-a tərəfindən izlənildiyi ilə bağlı iddialar Dünya mətbuatında böyük narazılığa səbəb olub.