Fransada hamilə qadın hicaba görə küçədə döyüldü
Bizi izləyin

Dünya

Fransada hamilə qadın hicaba görə küçədə döyüldü

Fransada hamilə olan müsəlman qadın hicab taxdığı üçün bir kişi tərəfindən təhqir olunub, daha sonra fiziki təzyiqə məruz qalıb.

Publika.az xəbər verir ki, kişi hamilə qadının əvvəlcə hicabını dartaraq çıxarıb, daha sonra bir neçə yumruq zərbəsi vuraraq yerə yıxıb.

Qadına hücum edən kişi Fransada baş örtüyü taxmağa icazə verməyəcəklərini bəyan edib.

Hücuma məruz qalan iki uşaq anası Toulouse şəhərində xəstəxanada müalicə olunub.

Qadının əri Münir həyat yoldaşının qızlarını məktəbdən götürdüyü bir vaxtda iki kişi ilə qarşılaşdığını, onların biri tərəfindən hücuma məruz qaldığını deyib. Polis hadisə ilə bağlı araşdırma aparsa da, hücum edən şəxs hələ də tapılmayıb

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm