Boko Haramın "paytaxt"ı ələ keçirildi
Bizi izləyin

Dünya

Boko Haramın "paytaxt"ı ələ keçirildi

“Boko Haram” cihadçı qrupunun istehkamı sayılan Gyoza şəhəri Nigeriya hökumət qüvvələrinin nəzarətinə keçib.

Publika.az xəbə verir ki, bu barədə Nigeriyanın hökuməti məlumat yayıb. Məlumata görə, martın əvvəlində hərbçilər, Gyoza da daxil olmaqla, “Boko Haram” nəzarətində cəmi 3 şəhərin qaldığını bildirirdilər.

Ötən həftə isə Nigeriya prezidenti Goodluck Jonathan islamçı qruplaşmasının ələ keçirdiyi ərazilərin bir ay ərzində geri gaytarılacağına ümid etdiyini deyib.

2012-ci ildən bəri Nigeriyanın şimal-şərqində yaranan münaqişədə 15500 adam həlak olub.

Qeyd edək ii, “Boko Haram” şimal-şərqdəki Gyoza şəhərini özünün paytaxtı elan etmişdi. Ötən il cihadçılar tərəfindən oğurlanan 200-dək məktəbli qızın məhz Gyozada saxlanıldığı güman edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm