"Apple" şirkətinin başçısı varını xeyriyyəçiliyə sərf edəcək
Bizi izləyin

Dünya

"Apple" şirkətinin başçısı varını xeyriyyəçiliyə sərf edəcək

Apple Amerika korporasiyasının rəhbəri Tim Cook bütün varını xeyriyyəçilik məqsədlərinə sərf etmək niyyətindədir.

“Fortune” Amerika jurnalına müsahibəsində Cook, 10 yaşlı qardaşı oğlunun təhsili üçün nəzərdə tutulan məbləğ çıxmaqla, bütün pullarını xeyriyyəçiliyə vermək fikrində olduğunu bildirib.

Apple rəhbəri AİDS xəstəliyinin yayılması ilə mübarizəni, insan haqlarının müdafiəsi və ABŞ-ın immiqrasiya sisteminin təkmilləşdirilməsini maliyyəşəldirmək niyyətindədir.

Dərginin nəlumatına görə, Cook-a məxsus olan aktivlərin ümumi dəyəri 800 milyon dollardan artıqdır.

2010-cu ildə amerikalı milyardçılar Warren Buffett və Bill Gates “Giving Pledge” filantrop kampaniyasını başlayıblar. Kampaniya iştirakçısı şəxsi varlığının yarısını xeyriyyəçiliyə ianə etmək öhdəliyi götürür.

Aksiyaya artıq dünyanın 150 ən varlı insanları qatılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm