• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Mahçupyandan AKP-yə xəbərdarlıq: “AKP bitər, əgər...”

  • Dünya
  • 28 Mart 2015 08:58
  • 522 Baxış
Mahçupyandan AKP-yə xəbərdarlıq: “AKP bitər, əgər...”

Türkiyənin baş naziri Əhməd Davudoğlunun müşaviri Etyen Mahçupyan hakim Ədalət və İnkişaf Partiyası (AKP) hökumətində sui-istifadənin olduğunu bildirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, milliyyətcə erməni müşavir “AKP bir seçkidə məğlub olsalar, bitərlər” deyib.

Belçikada Gent Universitetində qatıldığı bir konfransda çıxış edən Mahçupyan söyləyib ki, son araşdırmalar AKP-yə səs verən seçicilərin 70 faizinin korrupsiyanın olduğuna inandığını göstərir.

“Rəqəmlərdən əmin deyiləm, amma son araşdırmalar AKP-yə səs verən seçicilərin 70 faizinin korrupsiyanın olduğuna inandığını göstərir. Korrupsiya 90 ildir ki, olub və bu AKP hökumətində də var. Amma xalq dövlət çevrilişi təhlükəsini də görür. Dövlət çevrilişi təhlükəsi ilə korrupsiyanı müqayisə edən xalq dövlət çevrilişinin daha pis olduğunu görür və sui-istifadəni seçir. AKP-nin də səhvləri var. Amma doğruları səhvlərindən daha çoxdur”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR