• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Obamadan gözlənilməz mövqe

  • Dünya
  • 28 Mart 2015 11:13
  • 507 Baxış
Obamadan gözlənilməz mövqe

Amerika Birləşmiş Ştatları son günlər Yəməndə və ümumiyyətlə ərəb ölkələrindəki vəziyyətlə bağlı mövqeyini açıqlayıb.

Publika.az xəbər verir ki, bununla bağlı rəsmi mövqe Ağ Ev rəhbəri ilə Səudiyyə Ərəbistanı kralı arasındakı telefon danışığında məlum olub. Yəməndəki vəziyyətin müzakirə olunduğu telefon danışıqlarıda Barak Obama Yəmənə qarşı başlayan hücumlarla bağlı fikirlərini açıqlayıb.

Ağ Evin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, danışıqda Yəmənin qaçmış prezidenti Abdurrabbu Mənsur Hadinin tələbi ilə Səudiyyə Ərəbistanı Körfəz Əməkdaşlıq Şurası ölkələri və digərlərinin keçirdiyi əməliyyatı dəstəklədiyini bildirən Obama, həmçinin rəsmi Vaşinqtonun Səudiyyə Ərəbistanına təhlükəsizlik məsələlərində kömək edəcəyini də bəyan edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz əl-Suudun bu gün və sabah keçirilməsi nəzərdə tutulan Ərəb Dövlətləri Liqası sammitində də Yəməndəki vəziyyəti müzakirə edəcəyi planlaşdırılır.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR