• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Dövlət çevrilişinə cəhd” -Kreml Kiyev hadisələrinə qiymət verdi

  • Dünya
  • 19 Fevral 2014 17:33
  • 356 Baxış
“Dövlət çevrilişinə cəhd”  -Kreml Kiyev hadisələrinə qiymət verdi

“Kreml Ukraynada baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirir”. Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov Ukraynada dünən yenidən başlayan qarşıdurmaları şərh edərkən deyib.

“Moskva ekstremist qrupların zorakılığını qətiyyətlə pisləyir. Onlar amnistiya qərarının icrasından istifadə edərək dərhal zorakılığa başladılar”, - D.Puskov deyib. Rusiya və Ukrayna prezidentlərinin telefon danışığının olması barədə xəbərləri təsdiqləyən V.Putinin mətbuat katibi mediada yayılanların əksinə olaraq, Rusiya dövlət başçısının ukraynalı həmkarına məsləhət vermədiyini dilə gətirib.

Ukraynaya kreditin ikinci partiyasının nə zaman veriləcəyinə gəlincə, D.Puskov konkret vaxt bildirməsə də, bunun Ukraynadakı proseslərdən də asılı olduğunu qeyd edib.V.Putinin mətbuat katibi ölkəsinin Ukraynadakı bütünü siyasi güclərin dialoqunu dəstəklədiyini vurğulayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR