Dilənçilər saxlanıldı, ciblərindən 32 min pul çıxdı
Bizi izləyin

Dünya

Dilənçilər saxlanıldı, ciblərindən 32 min pul çıxdı

Türkiyənin Qaziantep şəhərinin hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı saxlanılan dilənçilərdən 32 min türk lirəsi aşkarlanıb.

Publika.az-ın qonşu ölkənin kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, dilənçilərdən biri, Həsən Gümüşxanın üzərində 21 min 750 lirə (8 min 739 manat), 5 yaşlı qızı ilə birgə dilənən suriyalı dilənçidə isə 11 min 721 lirə (4 min 701 manat) pul aşkarlanıb. Suriyalı dilənçidə türk lirəsi ilə yanaşı, 8 min 850 Suriya lirəsi də aşkarlanıb.

Qeyd edək ki, 71 yaşlı Həsən Gümüşxanın pulları müsadirə edilib və azadlığa buraxılıb. Suriyaəsilli dilənçi isə ötən il ölkəsindəki müharibədə həyat yoldaşını itirəndən sonra Qaziantepə gəlib. Əbdürrəhman əl-Xalid 5 yaşlı qızı ilə birlikdə dilənərkən saxlanılıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm