Beynəlxalq təşkilat Qəzza hadisələrinə qiymət verdi
Bizi izləyin

Dünya

Beynəlxalq təşkilat Qəzza hadisələrinə qiymət verdi

Beynəlxalq İnsan Haqları Federasiyası Fələstində baş verənlərlə bağlı hesabat açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, federasiya hesabatında Qəzzada birbaşa insanlığa qarşı cinayətlər və ağır müharibə cinayətləri törətdikləri qeyd edilərək, fələstinlilərin çox gecikən ədaləti gözlədiklərini vurğulayıb. Federasiyanın "Mühasirə altında cəzalandırılanlar. Qəzzada tənəzzülə qarşı qətiyyətlə müqavimət göstərən dinc əhali" başlıqlı hesabatında işğal rejiminin ötən yay iyul-avqust aylarında həyata keçirdiyi hücumlarda hüquq pozuntuları, törədilən müharibə cinayətləri, cinayətlər və qırğınlar haqqında məlumatlara yer verilib.

Federasiyanın baş direktoru vəkil Kərim Lahiji hesabatla bağlı keçirdiyi mətbuat konfransında artıq Beynəlxalq Cəza Məhkəməsinin münaqişələrin həlli məsələsində sorğu-sual etmək üçün ilk mühakiməyə başlamasının vaxtı gəldiyini qeyd edib: “Məhkəmə prokurorunun Qəzzada törədilən cinayətlərin miqyasını anlamaq üçün bəzi araşdırma aparması lazımdır. Qarşıdakı 1 aprelin artıq Fələstin və İsrail arasındakı ittihamların məhkəməyə çıxarılmasını əngəlləyən qanuna qarşı mübarizənin başlanğıc tarixi olmasını gözləyirik. Fələstinlilər çox gecikən bir ədalət gözləyirlər. Qüvvədə olan toxunulmazlıq qanunu daha çox cinayət törədilməsinə şərait yaratmaqdan başqa bir şey deyil".

Beynəlxalq İnsan Haqları Federasiyasının hesabatında işğal rejiminin vətəndaşlara qarşı təsadüfi hücumlarından və bu hücumların səbəb olduğu qırğınlardan müxtəlif nümunələr verilib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm