Məhkəmə nazir barəsində həbs qərarı çıxardı
Bizi izləyin

Dünya

Məhkəmə nazir barəsində həbs qərarı çıxardı

Kiyevdə məhkəmə Fövqəladə Hallar Xidmətinin keçmiş rəisi Serhiy Boçkovskinin iki ay müddətinə həbs olunması haqda qərar çıxarıb.

O, korrupsiyada və səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmənin qərarına görə, S.Boçkovski həbsə yollanmamaq üçün 1 milyon 200 min qrivna (55 min ABŞ dolları) girov qoymaqla azadlığa çıxa bilər.

Martın 25-də Ukrayna milisi hökumətin iclasını dayandıraraq S.Boçkovski və onun müavini Vasil Stoyetskiyni canlı yayımda qandallayaraq saxlamışdı. Daxili işlər naziri Arsen Avakov bildirib ki, hər ikisi ofşor şirkətlərlə bağlı korrupsiya sxemində ittiham olunur.

S.Boçkovski Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə ötən ilin aprelindən rəhbərlik edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm