Rusiya ilə ABŞ yeni kosmik stansiya yaradacaq
Bizi izləyin

Dünya

Rusiya ilə ABŞ yeni kosmik stansiya yaradacaq

Rusiya və ABŞ tərəfdaş ölkələrin iştirakı ilə 2024-cü ildən sonra yeni kosmik stansiya yaratmaq niyyətindədirlər.

Publika.az xəbər verir ki, bu barədə Baykonurda Roskosmos-un rəhbəri İqor Komarov bəyanat verib.

“Roskosmos NASA ilə birlikdə gələcək orbital stansiya inşası proqramı üzrə işləmək niyyətindədir. Bu, açıq layihə olacaq və onda tək indiki iştirakçılar işləməyəcək, layihə qoşulmaq istəyən başqa ölkələr üçün açıq olacaq”, - Komarov deyib.

Roskosmos-un başçısı həmçinin Beynəlxalq Kosmik Stansiyanın (BKS) iş müddətinin 2024-cü ilə kimi uzadılması haqqında razılaşma imzalandığını bildirib. Bunadək BKS-in 2020-ci ilədək istismar olunması güman edilirdi.

Hazırda Rusiya kosmik sahəsində struktur islahatlar dövrü yaşanır. Yanvarda Roskosmos Federal Agentliklə “Birləşmiş raket-kosmik korporasiyası” Komarovun başçılıq etdiyi bir dövlət korporasiyasında birləşdiriilib.

Həmin vaxt mətbuatda Rusiyanın BKS proqramında iştirakına son qoyması barədə məlumat yayılmışdı.

Ekspertlər Roskosmos-da iki variant nəzərdən keçirildiyini deyirdilər: BKS proqramında iştirakı davam etdirmək və bəlkə daimi ekipajsız yeni milli stansiya tikmək. ABŞ-la birgə stansiya inşa etmək barədə açıq danışan yox idi.

Kiçik stansiya yaratmaq layihəsini o zaman bir çox ekspertin tənqidinə məruz qalmışdı.

Siolkovski adına Rusiya Kosmonavtika Akademiyasının müxbir üzvü Yuri Karaş BBC-yə müsahibəsində stansiyanın ekipajı üçün istənilən potensial məsələlərin ya BKS çərçivəsində, ya da peyklər vasitəsilə həyata keçirilməsinin mümkün olduğunu bildirib.

Müstəqil ekspert Vadim Lukaşeviç isə belə bir kosmik stansiyanın ağır böhran və kosmik proqramların maliyyələşdirmə qıtlığı şəraitində sahənin bir neçə müəssisəsinin xilasına kömək olacağını ehtimal edir.

Rusiya-Amerika stansiyasının ölçüləri barədə İqor Komarov məlumat verməyib.

Roskosmos-un başçısı göyərtəsində yeni ekipaj olan “Soyuz TMA-16M” kosmik gəminin BKS-ə birləşdikdən sonra bəyanat verib.

Amerikalı Scott Kelly və rusiyalı kosmonavt Mixail Kornienko stansiyada bir il qalacaqlar.

“Soyuz” raketası Beynəlxalq Kosmik Stansiyası istiqamətində Baykonur kosmodromundan cümə günü Qrinviç vaxtı ilə saat 19:42-də start götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm