• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Rublun bahalaşması davam edəcəkmi?

  • Dünya
  • 29 Mart 2015 08:15
  • 597 Baxış
Rublun bahalaşması davam edəcəkmi?

Rusiya Mərkəzi Bankı cümə gününə dolların rəsmi məzənnəsini ilin əvvəlindən bəri ən aşağı - 56,42 rubl səviyyəsində təyin edib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyində (İİN) rublun daha da möhkəmlənək imkanları olduğunu bəyan etsələr də, müstəqil ekspertlərin proqnozu daha ehtiyatlıdır.

Rublun artıq doqquzuncu gündür dollara nisbətən güclənməsinin başlıca amillərindən biri neftin bahalaşmasıdır. Lakin təhlilçilər başqa səbəblər də göstərirlər.

“Birinci səbəb bizdə mühüm vergi dövrü olub və rubla tələbat çox böyük olub”, - “Otkrıtiye” broker evinin analitiki Andrey Koçetov belə hesab edir.

İri Rusiya şirkətlərinin büdcəyə vergi ödəməyin vaxtı gəlib, odur ki, onlardan gəlirlərini valyutada əldə edənləri onu rubla dəyişməli olurlar. Bu da nəticədə rubla tələbatı və, deməli, Rusiya milli valyutasının dəyərini qaldırır.

Əlavə amillərdən biri də odur ki, son vaxtlar rusiyalılar nağd xarici valyutadan azad olurlar. Rusiya Bankının məlumatına görə, yanvarda vətəndaşlar 2014-cü ilin dekabrındakından dörd dəfə az valyuta alıblar. Eyni zamanda onlar banklardan 2 milyard dollar alıb və həmin müddət ərzində 2,1 milyard satıblar.

Beləliklə, iki il ərzində ilk dəfə nağd valyutaya olan xalis tələbatı xalis təklif əvəz edib.

Hökumət optimizmi

“Noyabr-dekabr aylarında rublun kursu sürətlə zəifləyəndə çoxları həyəcanlı hisslər yaşayaraq valyuta alırdı. Kurs stabilləşdikdən sonra əhalinin ovqatı da dəyişdi. Valyuta alanlar öz əmanətlərini dəyişmə məntəqələrinə apardılar, ona görə də belə dinamika müşahidə edirik”, - Andrey Koçetkov deyir.

“Nord-kapital” investisiya qrupunun baş təhlilçisi Sergey Alin rublun hazırkı möhkəmlənməsini valyuta bazarında ümumi psixoloji əhval-ruhiyyə ilə əlaqələndirir.

“Valyuta böhranından artıq bir neçə ay keçib, insanlaq görürlər ki, hər şey az-çox sakitdir, ona görə də hər şey biraz sakitləşib”, - o deyir.

İİN-də BBC Rus xidmətinə rublun məzənnəsinin bundan sonra da möhkəmlənməsinin mümkünlüyünü gözlədiklərini bildiriblər. İdarədə hesab edirlər ki, devalvasiya və inflyasiya ovqatları əsasən sona yetməkdədir. Nazirlikdə bütövlüklə iqtisadiyyat üzrə vəziyyətin güman edildiyindən xeyli pozitiv olacağını istisna etmirlər: belə ki, ÜDM illik 3 faizə deyil, 2,5 faizə düşə bilər, orta illik inflyasiya isə 16,7% deyil, 12% təşkil edə bilər.

Dollar 40 rubla?

İdarə tərəfindən hazırlanmış və hələlik hökumətdə razılaşdırma mərhələsində olan gələn üç il üçün ölkə sosial-iqtisadi inkişafının yeniləşdirilmiş proqnoz layihəsində daha nikbin rəqəmlər əks olunur, “Kommersant” yazır.

Qəzetin məlumatına görə, İİN bütün ssenarilərdə, az qala heç də neftin qiymətindən asılı olmayaraq, 2015-ci ilin payızından rublun möhkəmlənməsini ehtimal edir. Sanksiyaların tədricən ləğv edilməsi təqdirlə dollar üç illik perspektivdə 40 rubla qədər ucuzlaşa bilər. Əlverişsiz proqnoz təqdirində - 50 rubla qədər.

BBC-nin sorğu etdiyi ekspertlər hökumət hesablamalarına ehtiyatla yanaşırlar.

“Bir dollar üçün 40 rubl mənə həddən az həqiqətəuyğun görünür. Hətta sanksiyaları götürsələr belə, ölkənin reytinqlərinin yenidən nəzərdən keçirilməsi üçün xeyli vaxt keçəcək. Prinsipcə 50 rubl səviyyəsinə sanksiyalar ləğv edilməsə də çatmaq mümkündür”, - “Nord-kapital” investisiya qrupunun baş təhlilçisi Sergey Alin ehtimal edir.

Onunla “Otkrıtiye” broker evindən Andrey Koçetov da razıdır.

“Nazirliyin dolların 40 rubl proqnozu həddən çox optimistikdir. 50 rubla gəldikdə isə, biz artıq bu gün 56,5 rubl hədlərində alver edirik. Bu, təyin edilmiş həddən cəmisi 12 faiz yuxarıdır və tamamilə realdır. Hesab edirəm ki, 45-55 rubl bir dollar müqabilində - kifayət qədər neytral xarici fon şəraitində və ölkədə müəyyən iqtisadi artım fonunda – ağlabatan məzənnədir”, - ekspert qeyd edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR