Putin İrəvanda Qarabağ məsələsini müzakirə edəcək
Bizi izləyin

Dünya

Putin İrəvanda Qarabağ məsələsini müzakirə edəcək

Rusiya və Ermənistan prezidentlərinin görüşündə Qarabağ məsələsi müzakirə ediləcək.

Bu haqda Rusiya Dövlət Dumasının komitə sədri Leonid Slutçkiy bildirib.

“Dağlıq Qarabağ münaqişəsi - incə və nəzakətli materiyadır. Danışıqlar ATƏT-in Minsk qrupunun formatında gedir. Prezidentlər arasında üçtərəfli görüşlərin formatı da var”,- deyə rusiyalı deputat bildirib.

Deputat qeyd edib ki, 2014-cü il avqust ayında Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündə nizama salma məsələlərində olduqca dərin müzakirələr edilib.

"Əminəm ki, Vladimir Putinin İrəvan səfəri çərçivəsində Serj Sarkisyanla Qarabağ problemi də ciddi müzakirə ediləcək", - Leonid Slutçkiy bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin aprel ayında İrəvana səfəri planlaşdırılır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm