• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İnanılmaz cinayət, dəhşətli qətillər: “Ankara Yamyamı”, “İnsan ovçusu” (ŞOK TƏFƏRRÜAT)

  • Dünya
  • 29 Mart 2015 10:35
  • 1 467 Baxış
İnanılmaz cinayət, dəhşətli qətillər: “Ankara Yamyamı”, “İnsan ovçusu” (ŞOK TƏFƏRRÜAT)

Kriminal aləmdə qonşu Türkiyə ən rahat məkanlardan sayılır. XIX əsrdən bəri ora qanlı killerlərin axını başlanıb. Türkiyə mətbuatında dəhşətli cinayətlər törədən “qanuni oğru”ların siyahısı hazılanıb.

Publika.az anspress-ə istinadən həmin şəxslərdən bəzilərinin adlarını və törətdikləri qərtllərlə bağlı növbəti maraqlı matrealı təqdim edir:



Türkiyənin İstanbul şəhərində gözlənilmədən bir taksi sürücüsü qanlı cinayətkara çevrilir. 1986-cı ildə Bakırköy qəsəbəsində taksi sürücsü işləyən Seyid Əhməd Dəmirçi uşaqlıq dostunun intihar etdiyini eşidib. Seyid Əhməd Dəmirçi həmin dostunun intihar etməsi səbəbini öyrənəndə isə dəhşətə gəlir. Demə onlar 11 yaşda olarkən baqqal dükanında təcavüzə məruz qalıblar. Dükanın sahibi, baqqal onları zorlamaq istəyib. Seyid Əhməd Dəmirçi qaçıb. Lakin dostu qaça bilməyib. Baqqal onu zorlayıb. Hadisədən sonra Dəmirçinin dostu psixoloji sarsıntı keçirib. Bu səbəbdən də, illər sora intihar edib.

Seyid Dəmirçi dostunun intiqamını almaq üçün evində gizlətdiyi xəncəri götürüb və İstanbulun küçələrində baqqallara hücum edib. O, 5 baqqalın başını kəsib. Polisin keçirdiyi əməliyyat zamanı Seyid Dəmirçi evdə həbs olunub. O, polisə verdiyi ifadədə bildirib ki, əgər yaxalanmasaydı 11 baqqal öldürəcəkdi. Bu da dostunun 11 yaşda zorlanmasına səbəb idi.

Məhkəmənin qərarı ilə Seyid Dəmirçi 3 dəfə edam cazasına layiq görülmüşdü. Sonradan hər dəfə bu cəza ləğv edilib. Ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilib. Lakin 1998-ci ildə həbsxanadan qaçmaq istərkən polislərlə atışan zaman Seyid Dəmirçi öldürülüb.



Türkiyə bir baş bəlasından qurtulduğu bir vaxtda, 1998-ci ildə Kayseri şəhərində başqa bir manyak peyda olur. Həmin ildə polislər tərəfindən oğurluq etdiyinə görə təqib olunan 22 yaşlı Hamdi Kayapınar qızğın atışmaya başlayır. Atışma zamanı bir polisi öldürür, üçünü isə yaralayır. Lakin özü ayağından yaralanır. Polis tərəfindnə saxlanılan Hamdi Kayapınar verdiyi ifadədə törətdiyi cinayətləri etiraf edir.

O, etirafında bildirir ki, 3 il əvvəl pompalı ov tüfəngilə 7 nəfəri öldürüb. Onların emyitini tikinti ərazisindəki zibilxanaya atmaq istəyib. Lakin oranın nəzarətçisi Ali Ara onu görüb. İstəmədən həmin gözətçini də öldürüb. Sonra isə meyitləri zibil qutusuna ataraq yandırıb.

Ümumilikdə 37 ev, 14 ofis, 70 mağaza qarət etdiyini deyən Hamdi Kayapınar hobbisinin ov tüfəngilə adam öldürmək olduğunu bildirib. O, özünə “İnsan ovçusu” deyirmiş.

Araşdırmalar zamanı məlum olub ki, Hamdi Kayapınar 11 yaşında olarkən kiçik qardaşını iplə boğub. Bu cinayətinə görə 4-5 il həbs cəzası alıb. Həbsxanadan çıxdığında əsəb xəstəsi olduğunu deyib.

“Yalnız ov edərkən əsəblərim sakitləşirdi. Varlı evlərə girib, oradakı qənimətləri ələ keçirirdim. İnsanları isə acımadan güllələyirdim. İnsnı ov tüfəngilə öldürməkdən xoşum gəlir. Başqa üsulla qətllərə əl atmamışam. Mən mahir “insan ovçusu” və güclü insanam”, - deyə Hamdi Kayapınar ifadəsində polisləri şoka salıb.


2001-ci ildə Türkiyədə baş verən güclü zəlzələdən sonra həyatı alt-üst olan Orhan Aksoy taleyin acısını insanlardan çıxmağa qərar verir. Zəlzələ zamanı dükanı dağılan və son anda oradan salamat qutaran Orhan Aksoy kasıbladığı üçün arvadı onu tərk edir. Arvadından ayrılandan sonra çoxlu spirtli içki qəbul edən Orhan Aksoy parkların birində gənc qadını zorlayıb və iplə boğub. Sonra meyiti soyunduraraq küçəyə atıb.

Daha sonra o, ardı-ardına bir neçə insanı da iplə boğaraq öldürüb. Türk polisi gözləmədiyi bir anda küçə və prospektlərdə iplə boğulmuş insan meyiti tapır. Hər dəfə də qətl eyni üsulla edilir. Polis dəfələrlə əməliyyat keçirib, lakin Orhan Aksoyu tuta bilməyib.

Lakin restoranların birində ofisantı iplə boğarkən yaxalanır. Orhan Aksoy ofisantı vegeterian olduğu halda ona ət yeməyi gətirdiyi üçün öldürmək istədiyini bildirib. Orhan Aksoy verdiyi ifadədə qandan qorxduğunu və bu səbəbdən bütün cinayətlərini qansız, yalnız iplə törətdiyini deyib.

Məhkəməd isə verdiyi ifadə onun edamına səbəb olub. “Həbsdən çıxan kimi insan boğmağa davam edəcəyəm. Bir gün sizin də əzrayılınız olacağam”, - deyə Orhan Aksoy bildirib.



1997-ci ildə Ankara 17 yaşlı cinayətkarın xofuna düşür. İlk dəfə dostunu öldürərək zorlayan Özgür Dengiz sonradan törətdiyi cinayətlərinə görə “Ankara Yamyamı” ləqəbinə layiq görülür. “Ankara Yamyamı” dostunu öldürdüyü üçün saxlanılır və 14 il azadlıqdan məhrum edilir. Lakin 3 ildən sonra əfv olunaraq azadlığa çıxır.

Çıxar-çıxmaz qonşusunu öldürən “Ankara Yamyamı” onun bədənini parçalayıb. Tikələri itlərə atıb.

“Ankara Yamyamı” bir gecə gəzintisi zamanı maşında oturan bir kişi ilə mübahisə edib. Əsəbləşən “Ankara Yamyamı” həmin şəxsi maşından çıxarıb və başını kəsib. Yanındakı qadınıda zorlayıb. Daha sonra onu da öldürüb. Qadının və kişinin bədənini parçalayan cinayətkar, adəti üzrə ətrafdakı itləri insan ətinə qonaq edib.

Sonradan heç nə olmamış kimi evinə gedib. Lakin hadisə yerində saldığı mobil telefon onu ələ verib. Polis tərəfindən yaxalanan “Ankara Yamyamı” törətdiyi cinayətlərdən peşman olmadığını bildirib.

Qeyd edək ki, Türkiyənin qanlı cinayətkarları haqqında ilk məumatlar mart ayının 3-də verilmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR