İrandan Ərdoğana sərt CAVAB
Bizi izləyin

Dünya

İrandan Ərdoğana sərt CAVAB

İran Ali Məclisinin Beynəlxalq Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Mənsur Həqiqatpur ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran və terrorçu qrupların Yəməndən çıxması barədə söylədiyi açıqlamaya sərt cavab verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, M.Həqiqətpur Türkiyə prezidentinin yaxın günlərdə İrana nəzərdə tutulan səfərinin də təxirə salınmasını tələb edib: "Ərdoğanın İrana qarşı söylədiyi fikirlərin ardınca Tehrana edəcəyi səfər heç bir əhəmiyyət kəsb edə bilməz. Ona görə də, bu səfər təxirə salınmalıdır. İran heç də Yəmənin daxili işlərinə qarışmır. İran bölgədə böyük təhlükə yaradan İŞİD-ə qarşı mübarizə aparır. Hesab edirəm ki, İranın Xarici İşlər Nazirliyi də Ərdoğanın fikirləri ilə bağlı müvafiq bəyanat verməlidir".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm