Fransada seçki günü: kiçik Napoleon qayıdır?
Bizi izləyin

Dünya

Fransada seçki günü: kiçik Napoleon qayıdır?

Bu gün Fransada əyalət seçkilərinin ikinci turu keçirilir.

Publika.az xəbər verir ki, axşam saat 20:00-a qədər davam edəcək seçkiyə 42 milyon seçicinin təxminən 22 milyonunun səs verəcəyi təxmin olunur.

22 mart tarixində - ötən bazar günü keçirilən ilk turda prezident Fransua Ollandın Sosialist partiyası 21 faiz səs toplamaqla geridə qalıb. Xalq Hərəkatı üçün Birlik Partiyasının sədri və keçmiş prezident Nikola Sarkozi isə 29,5 faiz səs almaqla onu qabaqlayıb.

Bu gün revanş olacağı gözlənilir. Təxminlərə görə, Fransada kiçik Napoleon kimi tanınan Nikola Sarkozi seçkilərdə qələbə qazanacaq.

Onun 2017-ci il prezident seçkilərinə namizəd olacağı gözlənilir.

ASİF

Oxumağa davam et
Reklam
Reklam

Gündəm