Hizbullah liderindən Səudiyyə Ərəbistanına təhdid: “Hələ də bir şansınız var”
Bizi izləyin

Dünya

Hizbullah liderindən Səudiyyə Ərəbistanına təhdid: “Hələ də bir şansınız var”

“Hizbullah” lideri Həsən Nəsrullah Səudiyyə Ərəbistanını Yəmənə hücum etdiyi üçün təhdid edib.

Publika.az xəbər verir ki, Nəsrullah Səudiyyənin əməliyyatları dayandırmaq üçün hələ də şansının qaldığını bildirib.

O, rəsmi Riyadı İraqdakı terror aktlarının törədilməsində və Suriyada problemin siyasi həllinə mane olmaqda ittiham edib.

“Necə oldu ki, ərəblər bu qədər gözü tox oldu. Rəhbərliyin Hadiyə verilməsi bəhanəsi ilə Yəmənə müharibə elan etmək yetərli səbəbdir? İsrail heç vaxt Səudiyyə Ərəbistanının idarəçiləri və onların tərəfdarlarını belə bir əməliyyat keçirməsi üçün təhdid etmədi? Yəmənə edilən hücumu qəbul edən müsəlmanlar günahkardır və onlar qiyamət günündə cavab verəcəklər. Hücumun ən bariz bəhanəsi “İranın Yəməndə nüfuzunun artdığıdır”. Lakin bu, yalanların ən böyüyüdür. Bölgənin qapılarını İrana açan Səudiyyə Ərəbistanındakı idarəçi sistemdir”, - deyə o bildirib.

Nəsrullah hücumun əsas səbəbinin Səudiyyə kralının ailəsinin Yəməndəki nüfuzunu itirməsi olduğunu deyib: “Hücumun dayandırılması üçün Səudiyyənin əlində hələ də bir şans var”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm