• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

70-ə qədər alman qadını bu sözə görə İŞİD-ə qoşulub – RƏSMI STATİSTİKA

  • Dünya
  • 29 Mart 2015 16:49
  • 1 746 Baxış
70-ə qədər alman qadını bu sözə görə İŞİD-ə qoşulub – RƏSMI STATİSTİKA

Almaniyadan bu günə qədər İŞİD sıralarına qoşulmaq üçün 70 qadının İraq və Suriyaya getdiyi açıqlanıb.

Publika.az xəbər verir ki, Federal Konstitusiyanın Müdafiəsi dairəsinin rəhbəri Hans-Georg Maabenin verdiyi məlumata görə, Almaniyadan İŞİD-ə qoşulan qadınların 40 faizi 25 yaşa qədər, doqquzu isə uşaq yaşlarında olanlardır.

Onun sözlərinə görə, son vaxtlar qadın və qızların cəlb edilməsini hədəfə alan İŞİD qurbanları internet üzərindən evlənmək adı ilə aldadır.

“İnternet üzərindən romantik sözlərlə aldadılaraq İraq və Suriyaya aparılan qadınların ilk olaraq pasportları müsadirə olunur”, - deyə federal rəsmisi bildirib.

Rəsmi məlumatlara görə, Almaniyada İŞİD-ə qoşulan kişilərin sayı 650-yə qədərdir. Onların təxminən 200 nəfəri yenidən ölkəyə qayıdıb.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR