Dünyada üçüncü nəhəng birlik yaranır
Bizi izləyin

Dünya

Dünyada üçüncü nəhəng birlik yaranır

Misir prezident Abdülfettah əl Sisi ərəb liderlərinin ortaq ordu yaratmaq məsələsində razılaşdığını açıqlayıb.

Publika.az xəbər verir ki, Sisi Səudiyyə Ərəbistanı rəhbərliyi ilə Yəməndə başladılan əməliyyatdan sonra ikigünlük keçirilən zirvə toplantısında ərəb milli təhlükəsizliyi uğrunda mübarizə aparacaq ortaq “Ərəb Gücü”nun formalaşmasında anlaşma olduğunu bildirib.

“Assoşeyted Press”in məlumatına görə, misirli rəsmilər ərəb ordusunda döyüş gəmiləri və təyyarələri ilə təchiz olunacaq 40 min əsgər olacağını açıqlayıblar.

Bu ordu yaradılacağı təqdirdə dünyada BMT və NATO-dan sonra üçüncü hərbi birlik olacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm