
Fransada Alp dağlarına çırpılaraq qəsdən qəzaya uğradılan “Airbus 320” tipli sərnişin təyyarəsinin köməkçi pilotu Andrea Lubitzin son sözləri bəlli olub.
Publika.az xəbər verir ki, əsas pilot kabinəni tərk etdikdən sonra qapını bağlayan Andrea Lubitz təyyarəni Alp dağlarına doğru uçurub. Qara qutunu açan rəsmilər təyyarə dağlara çırpılmamışdan az öncə əsas pilot Patrik Sonderheymerin qapını bağlayan köməkçisinə “Allah eşqinə, lənətə gəlmiş bu qapını aç” deyə bağırdığını və balta ilə qapını qırmağa çalışdığını deyib.
Lakin o, köməkçisinin özü ilə birlikdə 150 nəfərin həyatını itirdiyi “kütləvi intiharına” mane ola bilməyib.
Qara qutuya istinadən Andrea Lubitzin də son sözləri açıqlanıb. O, son olaraq “Allah” deyib.
Asif