Kürd muxtariyyətindən sürpriz neft təklifi
Bizi izləyin

Dünya

Kürd muxtariyyətindən sürpriz neft təklifi

İraq regional kürd rəhbərliyi neft gəlirlərinin bölünməsində mərkəzi hökumətlə yaranan problemi aradan qaldırmaq üçün maraqlı bir təkliflə çıxış edib.

İraq regional kürd rəhbərliyi neft gəlirlərinin bölünməsində mərkəzi hökumətlə yaranan problemi aradan qaldırmaq üçün maraqlı bir təkliflə çıxış edib.

Publika.Az –ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, kürd muxtariyyəti bölgədə çıxarılan neftin satışından əldə olunan pulun 17 faizini götürdükdən sonra pulun qalan hissəsinin Bağdada verilməsini təklif edib.

Kürd rəhbərliyinin maliyyə nazirinin müavini Rəşid Tahir öz neftini ixrac edərək Bağdaddan xilas olmaq istədiklərini söyləyib. O, kürd bölgəsinə ayrılan büdcənin mərkəzi hökumət tərəfindən 36 hissəyə bölünərək ödənildiyini, verdikləri təklifin də məhz bu qaydanın dəyişdirilməsinə xidmət etdiyini söyləyib.

Nazir müavini Bağdad hökumətinin tətbiq etdiyi qaydanın onlar üçün bir çox problemlər yaratdığını deyib. Kürd rəhbərliyinin təklifində bölgədə neftin satışından onların payına düşən pulun 5 faizinin Küveyt bankına, qalan hissənin isə kürd muxtariyyətindəki bir banka köçürülməsi yer alıb.“Bağdad Kürdüstana İraqın digər vilayətləri kimi baxır. Bizi Ənbar və ya Bəsrə vilayətləri hesab edir. Ancaq biz müstəqil bir bölgəyik və Bağdadın da bunu anlaması lazımdır”, - R.Tahir deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm