Ukraynada generallar həbs edilib
Bizi izləyin

Dünya

Ukraynada generallar həbs edilib

"Bu il ərzində korrpusiya ilə məşğul olan xeyli general həbs edilib. Lakin bütün bunları ictimailləşdirilmədi. Çünki belə lazım idi".

Publika.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədr müavini Andrey Parubiy deyib. Onun sözlərinə görə, ABŞ-ın Ukrayna ordusu üçün göndərdiyi quru yeməklər genrallar tərəfindən satılıb.

"ABŞ-ın Ukrayna ordusu üçün göndərdiyi yeməklər bir neçə həftə sonra həmin yeməklər internetdə satışa çıxarıldı. Bununla məşğul olan xeyli general həbs edildi", - Parubiy əlavə edib.

Qeyd edək ki, Ukrayna prezidenti ölkəsində korrupsiya ilə mübarizə erasının başlandığını bəyan edib.

Sədr müavini korrpusiya ilə mübarizənin həmişə ictimailəşdiriləcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm