Sarkozi Fransada hakimiyyətə qayıdır
Bizi izləyin

Dünya

Sarkozi Fransada hakimiyyətə qayıdır

Fransada bazar günü keçirilmiş bələdiyyə seçkilərinin ikinci turunda aparılan exit-pollar keçmiş prezident Nicolas Sarkozy-nin sağ-mərkəzçi “Xalq Hərəkatı Naminə İttifaq” partiyasının qalib gəldiyini göstərir.

Publika.az xəbər verir ki, ilkin nəticələrə görə Sarkozy-nin partiyası 60 yerli bələdiyyədə qalib gəlib. Bundan əvvəl bələdiyyə şuralarının yalnız 41-i sağların nəzarətində idi.

Hakim sosialistlər 30 bələdiyyədə məğlubiyyətə uğrayıblar.

Marie Le Pen-in ifrat sağçı “Milli Cəbhə” partiyası da yaxşı nəticələr göstərib, hərçənd millətçilərin heç olmasa bir bələdiyyə şurasına sahib ola biləcəkləri hələlik sual altındadır.

Le Pen seçkilərin nəticəsini gözləmədən martın 29-unu “tarixi gün” elan edib.

Yerli seçkilər Paris və Lionda keçirilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm