Ərəblər vahid ordu yaratmağa razı oldular
Bizi izləyin

Dünya

Ərəblər vahid ordu yaratmağa razı oldular

Misirin Şərm əş-Şeyx şəhərində keçirilən sammitdə ərəb ölkələrinin liderləri Yəmən və Liviya kimi yerlərdə münaqişələrin cilovlanması məqsədilə vahid ordu yaratmaq barədə razılığa gəliblər.

Publika.az-ın məlumatına görə, Misir prezidenti Abdül Fəttah al-Sisi tərəfindən irəli sürülümüş bu təklifin praktik əsaslarının işlənib hazırlanmasına aylarla vaxt lazım gələcəyi bildirilir.

Təhlilçilər qeyd edirlər ki, Ərəb dünyasında keçmişlərdə də buna bənzər təşəbbüslər olsa da, reallaşması mümkün olmayıb.

Lakin Misirin xarici işlər naziri Sameh Şukri mətbuat konfransında deyib ki, vahid ordunun müxtəlif münaqişələrə müdaxiləsində üzv ölkələrin iştirakı könüllü olacaq. Yəni üzv ölkələrə seçim azadlığı veriləcək.

Prezident Sisi deyib ki, birləşmiş Ərəb ordusuna birləşmiş qərargahlar rəisi qismində komandanlıq edilməlidir.

Bununla belə, ekspertlərin fikrincə, İslam Dövləti də daxil olmaqla müasir ərəb siyasi xəritəsində yaranmış mürəkkəb vəziyyət vahid silahlı qüvvələr ideyasını perspektivsiz edə bilər.

Son günlərdə Səudiyyə Ərəbistanı Yəməndə şiəməzhəb Husilərə qarşı mübarizə aparmaq üçün on ölkəni koalisiyada birləşdirə bilib.

Ərəb liderlər bəyan ediblər ki, Səudiyyənin rəhbərlik etdiyi hərbi əməliyyat İran tərəfindən dəstəklənən şiə yaraqlılar məğlub oluncaya qədər davam etdiriləcək.

Analitiklər belə bir ehtimal da irəli sürürlər ki, vahid ərəb ordusu bir çoxları üçün sünni ərəblərin hərbi birliyi hesab olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm