Vatikandan Ermənistanın “100-cü il” arzusuna rədd cavabı
Bizi izləyin

Dünya

Vatikandan Ermənistanın “100-cü il” arzusuna rədd cavabı

Ermənistan 1915-ci il hadisələrinin yüzüncü ildönümü ilə bağlı 24 apreldə Papa Fransiskin İrəvanda xüsusi ayində iştirak etməsini istəyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Vatikandakı səfiri Mehmet Paçaçının diplomatik cəhdləri nəticəsində İrəvanın müraciəti rədd edilib.

Papa 12 apreldə Vatikanda ayin təşkil edəcək. Amma buna "100-cü il" ayini adı verilməyəcək.

Papa Fransiskdən istədiyi cavabı ala bilməyən Ermənistan təklifində dəyişiklik edib. Erməni Kilsəsi “Papa İrəvana gəlməyəcəksə, 100-cü il ayini Vatikanda təşkil edilsin” təklifini verib. Katolik dünyasının ruhani mərkəzindən İrəvanın ikinci təklifinə də “xeyr” cavabı gəlib. Papa belə bir ayinin 24 aprel tarixində Vatikanda təşkil edilməsinin də mümkün olmayacağını diplomatik dillə Ermənistana çatdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm