Ərəb koalisiyası Yəmənin hava məkanını ələ keçirdi
Bizi izləyin

Dünya

Ərəb koalisiyası Yəmənin hava məkanını ələ keçirdi

Koalisiya gücləri Yəmənin hava məkanını tamamilə nəzarəti altına alıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının liderliyi ilə Yəməndə həyata keçirilən “Qətiyyət fırtınası" əməliyyatının sözçüsü general Əhməd Asiri bildirib.

Husilərin Ədən şəhərinin ətrafındakı hər hərəkətin hərbi təyyarələrin hədəfi olacağını deyən Asiri yaxın günlərdə Husi gücləri üçün etibarlı heç bir yerin qalmayacağını deyib. Husilərin dövlət çevrilişindən sonra müxtəlif şəhərlərdə böyük miqdarda silah topladığını deyən general sözügedən silah anbarlarının yerinin müəyyən olunması və bombalanması üçün işlərin görüldüyünü söyləyib.

Koalisiya güclərinin Yəməndə quru əməliyyatı təşkil etməməsinə gəlincə, Asiri hazırda quru əməliyyatının planlaşdırılmadığını, amma buna hazır olduqlarını deyib.

Son məlumata görə, koalisiya gücləri paytaxt Sənada Husilərin əlində olan prezident sarayı ilə liman şəhəri Muhanı bombalayıb. Bombalanan Saidə həbsxanasından isə 130 məhkum qaçıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm