Separatçıların lideri “tərksilah” əmri verdi
Bizi izləyin

Dünya

Separatçıların lideri “tərksilah” əmri verdi

“Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun “dövlət başçısı” Aleksandr Zaxarçenko qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi haqqında əmr verib.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, əmrə görə, güc strukturlarının əməkdaşları olmayan bütün şəxslər aprelin 4-nə kimi silahları təhvil verməlidirlər.

“Silah və sursatları müəyyən edilmiş vaxta kimi verməyənlər quldur dəstələrin iştirakçısı hesab olunacaq. Onlar “DXR“in qüvvədə olan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb ediləcəklər”, - əmrdə deyilir.

Bir müddət əvvəl isə “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukraynanın xalq deputatı Dmitri Tımçuk qeyd edib ki, separatçılar barışıqdan istifadə edərək vahid “Novorossiya ordusu”nu formalaşdırıb. “DXR” və “LXR” olaraq işğal edilmiş ərazilərin bölünməsinə baxmayaraq, onların hərbi birləşmələri hazırda yenidən qurulub və dəqiq struktura malikdirlər”, - Dmitri Tımçuk iddia edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm