Ermənilərin yeni düşməni: türk pomidoru – AKSİYA – VİDEO
Bizi izləyin

Dünya

Ermənilərin yeni düşməni: türk pomidoru – AKSİYA – VİDEO

Ermənistanın müxtəlif bölgələrindən olan istixanaların sahibləri Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, erməni sahibkarlar hökumətdən Türkiyədən pomidoru idxal etməməyi tələb ediblər.

Erməni sahibkarların sözlərinə görə, bazarda Türkiyədən gətirilən pomidorun qiyməti yerli məhsulun qiyməti ilə eyni olduğundan onlar məhsulunu sata bilmirlər.

“Biz təbii qaz və gübrələr üçün çox pul xərcləyirik. Amma sonda itiririk”, - istixana sahibi Vaan Yeqiazaryan deyib. Məlumata görə, Ermənistanın kənd təsərrüfatı naziri Serqo Karapetyan erməni sahibkarlardan 20 nəfəri qəbul edərək problemi həll etməyə kömək göstərəcəyinə söz verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm