Brüsseldə 20 min insan demokratiya tələb etdi - TOQQUŞMA
Bizi izləyin

Dünya

Brüsseldə 20 min insan demokratiya tələb etdi - TOQQUŞMA

Belçikanın paytaxtı Brüsseldə hökumətin “kəmər sıxma” siyasətinə qarşı etiraz aksiyası keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, on minlərlə insanın iştirak etdiyi aksiya "Başqa bir alternativ var” adlandırılıb.

“Hər şeyin bir alternativi vardır” deyən insanlar vergi sistemində ədalət, hər nəslə uyğun iş və həyat şəraiti, yoxsulluğa qarşı həmrəylik, normal iş şərtləri, kifayət qədər qidalanma, insan haqlarına sərhədsiz hörmət və demokratiya kimi tələblər səsləndiriblər. Etiraz aksiyasının iştirakçıları “Kapitalist böhranı üçün əvəz ödəməyəcəyik” yazılan plakatlar qaldırıblar.

Bəzi məlumatlara görə, etiraz yürüşündə iştirak edənlərin sayı 20 minə çatıb. Aksiya zamanı polislə nümayişçilər arasında toqquşmalar olub, onlarla insan saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm