• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Hava hücumunda 45 mülki şəxs həlak olub

  • Dünya
  • 31 Mart 2015 03:11
  • 239 Baxış
Hava hücumunda 45 mülki şəxs həlak olub

Yəmənin koalisiya qüvvələri tərəfindən bombalaması nəticəsində dinc sakinlər arasında xeyli itkilər olduğu xəbər verilir.

Publika.az-ın məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatı Haca əyalətindəki qaçqın düşərgəsində azı 45 nəfərin öldüyünü, 65 nəfərinsə yaralandığını xəbər verir.

Koalisiya qüvvələrinə Səudiyyə Ərəbistanı başçılıq edir. Yerli məmurlar ölənlərin uşaqlar, qadınlar və düşərgəni qoruyan təhlükəsialik qüvvələri olduğunu deyirlər.

Bu düşərgə 2009-cu ildən salınıb. Burda əsasən üsyançı Husi qrupu ilə hökumət qüvvələri arasında gedən doyşlərdən qaçan yerli sakinlər yerləşdirilib. Son 2 gün ərzində isə düşərgəyə 500 yeni ailə gəldiyi bildirilir.

Hazırda paytaxt Sanaa və ölkənin bir sıra əyalətləri şiə qrupu olan Husi yaraqlılarının nəzarətindədir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR