Separatçılar daha bir əsgəri vurub
Bizi izləyin

Dünya

Separatçılar daha bir əsgəri vurub

Ukrayna ordusu martın 30-da son 24 saat ərzində 1 əsgərinin öldüyünü, 3-nün isə yaralandığını xəbər verir.

Publika.az-ın məlumatına görə, ordunun sözçüsü Andriy Lysenkonun sözlərinə görə, separatçılar bu müddət ərzində tank və artileriya qurğularından istifadə olunmadığını deyib.

Amma o Şirokine və Qranitnoe şəhərlərində vəziyyətin ağır olaraq qaldığını bildirib. Onun sözlərinə görə üsyançılar Ukrayna ordusunun bu ərazidəki mövqelərini atəşə tutublar.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm