Bloqer evinin yaxınlığında qətlə yetirilib
Bizi izləyin

Dünya

Bloqer evinin yaxınlığında qətlə yetirilib

Banqladeş paytaxtı Dəkkədə bloger Şafiur Rahman bıçaqlanaraq qətlə yetirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə bloggerin evinin yaxınlığında baş verib. Polis bloggerin Banqladeşdə qadağan olunmuş islamçı Hizbut-Təhrir qrupu tərəfindən öldürüldüyünü ehtimal edir. Hadisə ilə bağlı İslam seminariyasının iki tələbəsi həbs edilib.

Qeyd edək ki, ötən ay da Banqladeşdə buna bənzər qətl törədilib. ABŞ-da yaşayan və dini dözümsüzlüyün tənqidçisi kimi tanınan yazıcı Avijit Roy Dəkkə şəhərinə səfəri zamanı hücuma məruz qalaraq qəssab baltası ilə öldürülmüş, həyat yoldaşı isə ağır yaralanmışdı. Avijit Royu sosial mediada ölümlə hədələyən şəxs həbs olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm