ABŞ Milli Təhlükəsizlik Agentliyinə hücum: 1 ölü 2 yaralı - VİDEO
Bizi izləyin

Dünya

ABŞ Milli Təhlükəsizlik Agentliyinə hücum: 1 ölü 2 yaralı - VİDEO

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) Merilend ştatındakı mərkəzinə hücum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hücumda bir nəfər ölüb, biri ağır olmaqla iki nəfər yaralanıb.

Yerli polis rəsmilərinin verdiyi məlumata görə, NSA-nın mərkəzinə hücum edənlər iki nəfər olub. Avtomobillə hücum edən şəxslərə mərkəzin giriş qapısındakı təhlükəsizlik əməkdaşları müdaxilə edib. Silahlı qarşıdurmada təcavüzkarlardan biri ölüb, biri də ağır yaralanıb.

Federal Təhqiqatlar Bürosunun agentləri insidenti araşdırır.

"İnsidentin qarşısı alınıb və istintaq başlanıb" deyə polkovnik Brayan Foli bildirib. Onun sözlərinə görə, NSA təhlkəsizlik personalı avtomobilin obyektə daxil olmasının qarşısını alıb və hazırda bazadakı sakinlər, hərbi və mülki işçilərin həyatına təhlükə sovuşub.

Xəbər vertolyotlarındən çəkilmiş video hadisə yerində iki zədələnmiş cip maşını göstərir. Onlardan birinin üzərində NSA Polisi yazısı olduğu görünür.

Həmçinin hücumçuların qadın paltarında olduğu deyilir. Onların maşınına baxış zamanı narkotik maddə və silah aşkarlanıb.

ABŞ kəşfiyyat proqramının qolu olan agentlik paytaxt Vaşinqtona qonşu Merilend ştatındakı Fort George Meade hərbi bazasında yerləşir. Orada təxminən 40 minə yaxın işçi fəaliyyət göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm