Dünya
Putin BMT tribunasına qalxacaq
Rusiya prezidenti Vladimir Putin Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasının açılışında çıxış etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri Kreml və BMT-yə yaxın mənbələrə istinadən bildirib.
Nəşrin məlumatına görə, Putinin səfəri barədə qəti qərar yalnız avqustun əvvəlində qəbul ediləcək. Rusiya prezidentinin sentyabr ayında Nyu-Yorka gedib-getməyəcəyi beynəlxalq vəziyyətdən asılı olacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov Putinin BMT-də mümkün çıxışı haqqında informasiyanı təsdiqləyib: “Rusiya prezidentinin Baş Assambleyanın sessiyasında çıxışı hazırda baxılan mümkün variantlardan biridir. Amma qəti qərar hələ qəbul edilməyib”.
Qeyd edək ki, Vladimir Putin 2000, 2003 və 2005-ci illərdə BMT Baş Assambleyasının açılışında çıxış edib. O, sonuncu çıxışında beynəlxalq təşkilatda islahatların aparılması və Təhlükəsizlik Şurasının təsirinin artırılması üçün çağırış edib. Rusiya prezidenti həmçinin terrorizm təhlükəsini xatırladıb. Rusiyanı BMT tribunasında son illərdə Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov təmsil edir. Mərasimdə 2009-cu ildə həmin vaxt Rusiya prezidenti postunun tutan Dmitri Medvedev də iştirak edib.
Gözlənildiyi kimi, BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılması haqqında məsələ qaldırılacaq. Bu barədə fikri 2014-cü ildə Fransanın Xarici İşlər Nazirliyinin başçısı Loran Fabius Ukrayna böhranından danışarkən səsləndirmişdi.
Ömər Dağlı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı